"Qeyrət təcəssümü" adlı kitabın ikinci təqdimatı keçirilib - FOTOLAR
Şəhid dedikdə vətən, vətən dedikdə şəhid gəlir ağlımıza. Bu düşüncənin səbəbi şəhidlərin vətən uğrunda arzularından, ömürlərindən keçmələridir. Bu gün şəhidlərin sayəsində vətən bütünləşib, bütövləşib. Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin adlarını yaşatmaq üçün bir çox addımlar atılır. Həmin o addımlardan daha biri yanvarın 12-də Ağdam rayonunda atıldı.
Ağdam Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Ağdam Muğam Mərkəzində "Vətən Fədailəri" layihəsinin rəhbəri, şairə-publisist Manya Səxavətqızının Məmmədov Toğrul Səyyad oğlunun şərəfli ömür və döyüş yolundan bəhs etdiyi "QEYRƏT TƏCƏSSÜMÜ" adlı kitabının ikinci təqdimatı keçirildi. Tədbirdə Ağdam Rayon İcra başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, şəhid ailələri, qazilər, hərbçilər, rayon ictimaiyyəti və digər bölgələrdən gələn qonaqlar iştirak etdilər.
"Azərbaycan Bayrağı" ordenli əməkdar jurnalist Baxşeyiş Abbasoğlunun moderatorluğu ilə baş tutan tədbirdə ilk öncə Azərbaycan respublikasının dövlət himni səsləndi ardınca isə vətənimizin azadlığı uğrunda canlarından keçən şəhidlərimizin ruhları bir dəqiqəlik sükutla yad edildi.
Sonra Ağdam rayon İcra başçısı Vaqif Həsənov yazılan kitabın mahiyyəti haqqında danışdı və hər zaman şəhid adına atılan bu kimi addımlara dəstək olacağını dilə gətirdi. Kitabın müəllifi Manya Səxavətqızı, şəhid qardaşı Üzeyir Məmmədov illərdn sonra Toğrul Məmmədova həsr olunan kitabın mahiyyətindən və kitabın necə ərsəyə gəlməsindən danışdı.
"Vətən Fədailəri" layihəsinin dəstəkçisi Şahin Məmmədov öz çıxışında şəhid adlarının unudulmaması üçün yazılan kitabların önəmini vurğuladı. Toğrul Məmmədovun dostları Məhəmməd Muradov, Toğrul Hacıyev və Toğrul Məmmədovun silahdaşları çıxış edərək şəhidlə bağlı xatirələrini bölüşdülər.
İmişli rayonundan gələn əməkdar müəllim Səxavət Tağlar və Ağdamdan olan ziyalıları ərsəyə gələn kitabın məktəblərdə təbliğ edilməsinin vacib olduğunu vurğuladılar.
Toğrul Məmmədovun uğrunda can verdiyi Ağdam rayonunun onun adına yazılan bir kitabın təqdimatının keçirilməsi duyğulu anlarla yadda qaldı. Qəhrəman oğulların ruhunun dolaşdığı Ağdam torpağında 12 yanvar 2023- cü il şəhid adının əbədiləşdirildiyi bir gün kimi yadda qaldı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB