Qeyri-sabit hava şəraiti neçə gün davam edəcək? - QURUM RƏSMİSİ AÇIQLADI

“Ölkə ərazisində qeyri-sabit yağıntılı hava şəraiti müşahidə olunur. Bakıda və Abşeron yarımadasında bu gün bu gün və yaxın iki gün ərazində, dekabrın 7-si və 8-də hava şəraiti arabir yağıntılı olacaq”. Bu fikirləri SİA-ya açıqlamasında Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

Onun sözlərinə görə, mülayim şimal-şərq küləyi əsəcək: “Havanın temperuaturu 3-6 dərəcəyə qədər olacaq.
Bölgələrdə bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda isə qar yağacaq. Ayrı-ayrı rayonlarda isə yağıntıların intensivləşəcəyi ehtimal olunur. Havanın temperuaturu aran rayonlarında 5-8 dərəcə isti, dağlarda isə 0-5 dərəcə şaxta olacaq. Ölkə ərazisində müşahidə olunan qeyri-sabit yağıntılı hava şəraiti bölgələrdə dekabrın 7-i gündüzə qədər, Bakıda və Abşeron yarımadasında isə həftəsonunadək davam edəcək”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə