"Azərbaycan özünün dəyərli oğullarını heç bir zaman unutmur" - DEPUTAT ŞƏRH ETDİ

“Bir il bundan əvvəl Qaraheybətdə baş verən helikopter qəzası hər bir azərbaycanlının qəlbini ağrıtdı. Ümumiyyətlə Azərbaycan xalqı hərbçilər, əsgərlər və zabitlərinə qarşı çox həssasdır. Çox təəssüf ki, texniki nasazlıq nəticəsində bizim zabitlərimiz həlak oldular”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə bildirib.

Onun sözlərinə görə, onlar öz vəzifə borclarını yerinə yetirərkən həyatlarını itirdiklərinə görə şəhid statusuna malik oldular: “Tərcümeyi-halları onların çox böyük döyüş təcrübəsinə və hərbi qulluq təcrübə halına malik olduğunu göstərir. Onlar hərbi xidmətləri ilə torpağa, xalqa necə bağlı olduqlarını dəfələrlə sübut etmişdilər. Bizim mərd oğullarımız son mənzillərinə böyük hörmət və ehtiramla yola salındılar. Onların xatirəsi bizim hər zaman qəlbimizdə yaşayacaq. Azərbaycan özünün dəyərli oğullarını heç bir zaman unutmur”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə