Məşhur cütlükdən tətildə sevgi dolu - PAYLAŞIM

Can Yaman və Diletta Leotta bir sevgi tətilindədir. Paylaşımları sosial medianı silkələyib. İş üçün getdiyi İtaliyada axtardığı sevgini tapan məşhur aktyor Can Yaman evlilik mərhələsində olduğu idman diktoru olan sevgilisi Diletta Leotta ilə tətildən sevgi kadrlarını paylaşıblar. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, İtaliyanın Kapri adasında sevgi tətilinə çıxan məşhur cütlük, romantik pozaları ilə şəkillər paylaşaraq izləyicilərindən müsbət mesajlar alıblar.

Ayrıldıqları deyilən Can Yamanla İtalyan idman diktoru olan sevgilisi Diletta Leotta bu xəbəri təkzib ediblər və ilk olaraq Komo Gölündə görüntüləniblər. Səmimi əhval-ruhiyyəsi ilə kameralara əks olunan məşhur cütlük hal-hazırda Kapridə tətildədirlər.

Lətifə Abdıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə