Azərbaycanda dronlarla mükafatlandırma mərasimi YENİLİK-FOTOLAR

Bildiyimiz kimi ölkəmiz yüksək səviyyəli beynəlxalq yarışların təşkili və keçirilməsində mötəbər idman qurumlarının etimadını qazanıb. Respublikada idman və olimpiya hərəkatının inkişafını daim diqqətdə saxlayan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev gənc nəslin idmanla məşğul olmasına xüsusi önəm verir və vurğulayır: "İdman cəmiyyətimizin ayrılmaz hissəsidir. Mən Milli Olimpiya Komitəsinin Prezidenti və ölkə Prezidenti kimi çox istəyirəm ki, Azərbaycanda idmanla məşğul olma prosesi kütləvi xarakter alsın". SİA-nın verdiyi məlumata görə, hal-hazırda uzun bir fasilədən sonra Milli Gimnastika Arenası yenidən beynəlxalq yarışa ev sahibliyi edir. 2020-ci ildə Bakıda təşkil edilməli olan lakin bütün dünyada yayılmış Covid-19 pandemiyası ilə əlaqədar olaraq təxirə salınmış bədii gimnastika üzrə Dünya kuboku uğrunda yarışlarına 7 may 2021-ci il tarixindən start verilib.

8 may 2021-ci il tarixində gerçəkləşən mükafatlandırılma mərasimi fərqliliyi və marağı ilə diqqət çəkib. İlk dəfə ölkəmizdə gimnastika üzrə mükafatlandırılma dronlar vasitəsi ilə gerçəkləşib. Bu üsulla mükafatlandırılan idmançılar da bu fərqli və maraqlı təşəbbüsü xoş qarşılayıblar.

Gülər Səfərova

Bütün xəbərlər Facebook səhifəmizdə