"Eurovison 2021" səhnəsi artıq hazırdır FOTOLAR

"Eurovision 2021" mahnı müsabiqəsinin başlamasına az vaxt qalıb. SİA-nın məlumatına görə, Rotterdamda "Ahoy" arenasında keçiriləcək tədbirin hazırlıqları davam edir. Artıq "Eurovision 2021" səhnəsi qurulub. Azərbaycanı yarışmada təmsil edəcək Samirə Əfəndi mayın 8-də Rotterdama gedəcək. Onlar pandemiya dövründə tətbiq olunan məhdudiyyətlərə görə 3 qrup halında "Eurovision"a qatılacaqlar. Samirə gecədə "Mata Hari" mahnısını ifa edəcək. Qeyd edək ki, yarışma mayın 18-dən 22-nə kimi baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...