Xatirə İslam şəhidimizin ailəsinin evini təmir etdirmək istədi FOTOLAR

Müğənni Xatirə İslam cəbhə bölgəsində şəhid olmuş Fərid Hüseynzadənin 7 mərasimində işirak edib. SİA-nın məlumatına görə, bu haqda ifaçının özü xəbər verib: “Allah Vətən yolunda canından keçən şəhidlərimizə rəhmət etsin. Onların qarşısında baş əyirəm. Hər şəhid xəbəri eşidə ağlayıram.

Xəbər aldım ki, şəhid Fərid Hüseynzadənin ailəsinin yaşadığı mənzil pis haldadır. Ona görə də qərara gəldim ki, evlərini təmir etdirim. Lakin şəhidimizin 7 mərasimində iştirak edən İcra hakimiyyəti başçısının nümayəndəsi bildirdi ki, hər şey nəzarətləri altındadır. Şəhid F.Hüseynzadənin ailəsinin mənzilini özləri təmir etdirəcək. Amma mən yenə də hər şeyə hazıram”.

Bütün xəbərlər Facebook səhifəmizdə