“Bəziləri mənliyini satıb”

Aparıcı Hüsniyə bu günlərdə sosial şəbəkədə əyləncəli paylaşımlar edənləri sətiraltı tənqid edib. SİA-nın məlumatına görə, aparıcı bu sözləri deyib: “Bu gündən sonra mən də vətəndaş olaraq yalnız musiqi, əyləncə, yeyib-içməkdən danışacam. Bu mövzularla bağlı fikirlərimi bölüşəcəm. Bu günlərdə hovuz kənarında şəkil paylaşan, hansı dodaq boyasının daha qalıcı olduğu ilə maraqlananlar elə ən ağıllı adamlar imiş.

Yoxsa biz, özümüzə əl qatmışıq. Vətən elə getdi, birlik belə gəldi, sevinc və qürur hissi, həyacan, ürək ağrısı, göz yaşı, dost, həmvətənim, sənin dərdin mənim dərdim... Düz deyirlər, hamısı populizm idi. Bəziləri "ə nəyimə lazımdı, qoy oturmuşuq" deyib, mənliyini sataraq evdə oturub”.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...