Oksana: "Elşad Xose haqda danışmaq istəmirəm" VİDEO

Rəqqasə Oksana Rəsulova keçmiş həyat yoldaşı, reper Elşad Xosenin "Sevməmişəm" sözləri ilə bağlı suala əsəbiləşib. SİA-nın məlumatına görə, rəqqasə verilişlərin birinə açıqlamasında onunla bağlı danışmaq istəmədiyini söyləyib: "Niyə mənə Elşad Xosedən sual verirsiniz? Ümumiyyətlə, onun dedikləri ilə mənim əlaqəm yoxdur. O, insan haqda danışmaq istəmirəm. Düşünürəm ki, sualı ona verin, soruşun, niyə elə deyib?".

Qeyd edək ki, Elşad "Sevməmişəm, necə sevgidən oxuyum" açıqlamasını vermişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...