Samir: "Səni aciz bilib əzməyə çalışacaqlar"

Müğənni Samir Cavadzadə dostlarından şikayətlənib. SİA-nın məlumatına görə, o, bəzilərinə mesaj belə göndərib: "Dost nə deməkdir?! Bir çoxu bunu həqiqətən anlamır! Cüzi qədər də pislik etməmişəm, amma nədənsə qarşı tərəfdən mənasız, yersiz hərəkətlər çox gördüm... Mən isə sakitcə aralanmışam. Bir şeyi dəfələrlə görüb anlayıram ki, heç vaxt pis durumunu çox adama göstərib və bildirmək olmaz! Mütləq bundan istifadə edib, səni aciz bilib, artıq bəyənməyəcəklər və daha da əzməyə çalışacaqlar! Hər kəsə sadiq və əsl dost arzusu ilə”.

Bütün xəbərlər Facebook səhifəmizdə