Aparıcı Zaur Baxşəliyev idarə etdiyi verilişində kövrəlib. SİA-nın məlumatına görə, o, xeyli vaxtdır anasını görə bilmədiyini bildirib: "10 gündən çoxdur anamı bağrıma basa bilmirəm. Elə bilirsiz asandır? Qızımı belə anamgildə qalması üçün bağa göndərmişəm. Ən böyük enerji mənbəyim anamdır. Amma yanına gedə blmirəm. Ürəyimə daş basıb, evdə otururam. Çünki mən işə gəlirəm. Buradan evə gedəcəm, biz çalışmalıyıq. Anamı təhlükəyə atmaq istəmirəm. Bu anlaşılandır. Nə qədər sevsəniz də, istəsəniz də doğmalarınızı təhlükəyə atmayın. Evdə oturun. Vecsiz, əhlikef olmayaq, "boş ver" deməyək. Belə olmaqla hamını təhlükəyə atırıq. Burada deyilən qaydalara əməl etməkdən söhbət gedir. Koronovirus düşündüyümüz qədər bəsid, mənasız deyil, çox ciddidir".

Bütün xəbərlər Facebook səhifəmizdə