TV8 kanalının sahibi, məşhur türkiyəli jurnalist Acun Ilıcalı baba olmağa hazırlaşır. SİA-nın türk məbuatına istinadən verdiyi xəbərə görə, sənətçinin Seda Başbuğla evliliyindən dünyaya gələn böyük qızı Banu Ilıcalı hamilədir.

Nəzərinizə çatdıraq ki, 30 yaşlı Banu üç il öncə universitetdə tanış olduğu sevgilisi Efe Ceyhunla evlənib.

Qeyd edək ki, A.Ilıcalının Banudan başqa Zeynep Yılmazla olan evliliyindən Leyla və Yasemin, Şeyma Subaşı ilə olan evliliyindən isə Melisa adlı qızı var.

Bütün xəbərlər Facebook səhifəmizdə