5 saat məkanların birində əylənən aktyor Kerem Bürsin jurnalistlərin fotokameralarına yaxalanıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, o, məkan çıxışı media nümayəndələrinin suallarını cavablandırıb. Bürsinin həmin an yanında musiqiçilər və aktrisa Nilperi Şahinkaya da olub.

Jurnalistlər aktyora "Afra Saraçoğlu ilə yeni serialda rol almısınız?" sualını veriblər. Kerem isə cavabında belə bir xəbərin yalan olduğunu qeyd edib.

Nilperi Şahinkaya isə kamerlardan çəkinməyərək musiqi sədaları altında küçənin ortasında rəqs edib.

Qeyd edək ki, Kerem Bürsin və Nilperi Şahinkaya bir müddət öncə "Yaşamayanlar" adlı serialda baş rolu canlandırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə