Aygünlə Röya qalmaqalı yenidən alovlandı

Xalq artisti Aygün Kazımova ilə əməkdar artist Röya Ayxan arasındakı qalmaqal yenidən alovlanıb. SİA-nın məlumatına görə, Kazımova 2002-ci ildə Heydər Əliyev Sarayında baş tutan “Gələrsiz-görərsiz” adlı konsertdən görüntü paylaşıb və küsülü olduğu müğənniləri işarələyib. Videoda Röya, Kamran Həsənli, Tünzalə Ağayeva, Natavan Həbibi və Elnarə Xəlilova yer alıb.

R.Ayxan bununla bağlı məlumatları "İnstagram" səhifəsində paylaşaraq “Ətim töküldü... Bəsdir də, xoda düşər xatirələr” sözlərini yazıb.

A.Kazımovanın cavabı da gecikməyib. O, "İnstagram"ında öz videosunu paylaşaraq “Sus!” sözünü yazıb.

Hər kəs Kazımovanın bu ismarıcı Röyaya ünvanladığını qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə