Aybəniz Haşımovanın ailəsində ağır itki

Əməkdar artist Aybəniz Haşımovanın ailəsində ağır itki üz verib. SİA-nın məlumatına görə, müğənninin bacısı Şəhla xanımın həyat yoldaşı dünyasını dəyişib.

Bu haqda müğənninin özü açıqlama verib: "Sən getdin, onu tək buraxdın. O ki bütün ümidlərini sənə bağlamışdı. Oğlu da, qızı da sən idin. Körpə uşaq kimi arxanca ağlayır. “Getmə, dayan” deyir. Lal olmuş dilini onun özündən başqa heç kim eşitmir. Allaha yalvarır. Bu gün səni dəfn edəcəklər. Bacım Şəhla için-için ağlıyır. Haqqını halal elə. Allah rəhmət eləsin!"

Qeyd edək ki, Vaqifin uzun müddətdir ki, xərçəngdən əziyyət çəkirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...