İbrahim Tatlıses müğənni oğluna dəstək oldu FOTOLAR

İbrahim Tatlıses müğənni oğluna dəstək oldu FOTOLAR

İbrahim Tatlıses, konsert veren oğlu İdoya sosial mediada münasibət bildirib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, ifaçı oğluna dəstək olub. Sənətçi oğlunun konsertdən olan fotosunu İnstagram səhifəsində paylaşaraq bu sözləri qeyd edib: "Bir həftədir bizi yedin, bitirdin. "Çox həyəcanlıyam ata" dedin. Budu həyəcanın? Maşallah övladım. Sən dünyaya gəlməmişdən öncə 30 il əvvəl sən konsert verdiyin səhnədə oxumuşam. İdo bəy, məndən nə fərqin var? Sən heç bilirsənmi ki, sən oxuduğun səhnədə neçə müğənni konsert verə bilib? Bunu bir düşün. Həmin səhnəyə çıxmaq üçün cəsarət lazımdır. Konsert zamanı tamaşaçıların səndən razı qalması olduqca önəmlidir. Sağ ol ki, məni utandırmadın. Çox qürurlandım. Oğluma afərin. Sənə təşəkkür edirəm, övladım səni çox sevirəm. Şəxsi həyatında və yaradıcılığında hər zaman uğurların bol olsun".

Bütün xəbərlər Facebook səhifəmizdə