Müğənni Roza Zərgərli mərhum xalq artisti Habil Əliyevlə virtual duet hazırlayıb. SİA-nın verdiyi xəbərə görə, sənətçi məşhur türk mahnısı "Kemancı"nı yeni aranjimanda səsləndirib. H.Əliyevin oğlu Rəvan Habiloğlu R.Zərgərlinin ifasını çox bəyəndiyini deyib: "Roza Zərgərlinin bu ideyasını çox bəyəndim. Mahnını yüksək səviyyədə oxuyub. Bir çoxları bu türk mahnısını oxuyub. Amma bu versiyada olmamışdı. Gözəl ifaya görə ailəmin adından ona təşəkkür edirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə