Müəğnni Elza Seyidcana verlişlərin birində dava salaraq efiri tərk edib. SİA-nın xəbərinə görə, verlişlərin birinə qonaq qismində qatılan əməkdar artist Elza Seyidcahan aparıcının ona etdiyi müraciətə qəzəbli cavab verib. Belə ki, teleaparıcının əməkdar artistə "maraqlı insan" deməsi Seyidcahanı özündən çıxarıb.
"Siz mənim xətrimə dəydiniz, kanala, qonaqlara hörmət etdiyim üçün verilişdə qaldım. Hörmətsizlik etdiniz, teleaparıcılara hər dəfə deyirəm ki, mənə "maraqlı adam" deməsinlər. Maraqlı adam başqa, sənətkar başqadır. İnsanın ruhunu öldürürsünüz. Yerləri səhv salmayın, çaşmayın"- deyə, müğənni cavab verib.
Daha sonra Elza Seyidcahan verilişi tərk edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB