Gecənin qaranlığında Bakını tənha dolaşan müğənni- FOTOSESSİYA

"Bilməzdim" mahnısı ilə ötən ilə damğa vuran gənc və populyar müğənni Yaşar Cəlilov indi də repertuarındakı növbəti "Bakıda bir" mahnısına klip çəkdirib. SİA-ya açıqlama verən ifaçı yeni hitinə böyük ümid bəslədiyini bildirib: "Hamı məni "Bilməzdim"lə tanımağa başladı. İndi də "Bakıda bir" sevilir".


Çoxdandır sənətdə olmasına baxmayaraq musiqi dünyasında son iki ildə iddialı addımlar atmağa müvəffəq olan Yaşar indiyədək nə üçün irəliləyə bilmədiyinin də səbəblərini açıqladı: "İstiqamətim dəyişdi, işlədiyim bəstəkarlar və prodüserim dəyişdi. Əsl səbəbi bunda görürəm".

Bəzi həmkarlarım kliplərini model xanımlarla rəngləndirsə də Yaşar bu cür imkanlardan uzaq gəzməyə çalışır. Çox düşünüb aza qərar verən müğənni görünür "Bakıda bir" model tapa biməyib: "Azərbaycanda model var? Var, lakin onların gördükləri başqadır. Çoxlarının həyat və yaradıcılığı mənə xoş gəlmir. Tək iştirakım daha vacibdir".


Klipin rejissoru Nail Naiboğlu isə növbəti işin Yaşara və özünə uğur gətirəcəyinə əmin olduğunu dedi. Son günlərdə bahalı rejissorlar arasında adı hallanan rejissor klipin 3 min manata başa gəldiyini açıqlayıb. Mahnının hit olduğunu nəzərə alan Nail qonorar barəsində kapriz etmədiyini vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə