Sinead O'Konnorun ölüm səbəbi açıqlanıb

...İrlandiyalı müğənni Sinead O'Konnor-un ölümünə xroniki obstruktiv ağciyər xəstəliyi və bronxial astma səbəb olub.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, “The Guardian” qəzeti müğənninin ölüm şəhadətnaməsindəki qeydə istinadən yazır.

Nəşrin məlumatına görə, O'Konnorun birinci əri və yaxın dostu Con Reynolds 24 iyul 2024-cü ildə Londonda ölüm şəhadətnaməsi verib.

Bu, ölümün "aşağı tənəffüs yolları infeksiyasının yüngül forması ilə birlikdə xroniki obstruktiv ağciyər xəstəliyinin və bronxial astmanın kəskinləşməsi" ilə əlaqədar olduğunu bildirir.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə