Nikol Kidman ilk dəfə imicində köklü dəyişiklik etdi - FOTOLAR

Hollivud ulduzu Nikol Kidman uzun müddət sonra ilk dəfə imicində köklü dəyişikliyi ilə gündəm olub. O, bununla bağlı özünün sosial şəbəkə hesabında paylaşım edib. SİA xəbər verir ki, fotolarda 56 yaşlı Nikol Kidmanın yeni saç düzümü ilə görünüb. Kadrlardan görünür ki, o, saçlarını qısaltmaqla yanaşı, açıq sarı rəngə boyatdırıb.

Pərəstişkarları aktrisadakı dəyişikliyi bəyəniblər və yeni saç düzümünü indiyə kimi olanların ən yaxşısı adlandırıblar.

Qeyd edək ki, Hollivud ulduzu ötən həftə “Elle” jurnalının yeni sayının siması olub. Məşhur fotoqraf Mario Sorrentinin obyektivində aktrisa bir neçə geyimi sınayıb, onlardan bəzilər isə olduqca açıq-saçıqlığı ilə seçilib. Kadrlarda Kidman uzun və tünd rəngli saçlardadır.

Bütün xəbərlər Facebook səhifəmizdə