İnstasamka terror aktı qurbanları üçün külli miqdarda vəsait köçürüb

…Məlum olduğu kimi, martın 22-də “Crocus City Hall”da terror aktı baş verib. Terrorçuların güllələri və atəşlərindən ölənlərin sayı artmaqda davam edir. Instasamka təxəllüsü ilə ictimaiyyətə tanınan Daria Zoteeva mikrobloqda yazıb ki, həqiqətən də çətinliyə düşən insanlara və onların yaxınlarına dəstək olmaq istəyir. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Teleprogramma.pro” məlumat yayıb.

Müğənni terror aktı qurbanları və onların ailələri üçün vəsaitin toplanmasında iştirak edib.

Ulduz ödənişin ekran görüntüsünü dərc edib- onun töhfəsi bir milyon rubl təşkil edib.

Qeyd edək ki, bundan əvvəl Şaman kimi tanınan Yaroslav Dronov terror aktı zamanı həlak olanların dəfni və hər bir qurbanın müalicəsi xərclərini ödəməyə hazır olduğunu bildirmişdi.

...Bizi qorxutmaq və sındırmaq mümkün olmayacaq. Biz hamımız böyük bir ailəyik. Amma ailədə başqasının dərdi yoxdur(?).

Şaman bildirib bunu.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə