"Kanal D"də nümayiş olunan "Dilək daşı" serialında Macide rolunu canlandıran aktrisa Perihan Savaş oynadığı xarakterlə anasının oxşarlığından söz açıb. SİA Türkiyə mediasına istinaədn xəbər verir ki, aktrisa anasının Macide kimi despot (zalım) qadın olduğunu deyib.
"1980-ci illərdən danışmaq və bunu edərkən hər şeyə diqqət yetirmək həqiqətən maraqlıdır... "Dilək daşı" çox xüsusi serialdır və böyük diqqət tələb edir. Məncə, 1980-ci illərə maraq göstərənlər, xüsusən də yeni nəsil mütləq izləməlidir.
Anam Macide kimi despotik qadın idi. Macide belədir, həmişə ailəni idarə edən, sevgisini çox nümayiş etdirməyən, ancaq evi idarə edən, evdən kənarda da eyni xarakteri göstərən qadındır", - Perihan Savaş vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə