Əməkdar artistdən SƏRT MESAJ - FOTO

“Belələrini polislə yola salanda insan o qədər rahat olur. Sonra beləsinə deyirsən ki, küçəyə atdım səni və dərindən nəfəs alıb gülürsən. Təcrübə danışır”. SİA yazır ki, bu sözləri Əməkdar artist Nigar Şabanova instaqramda paylaşıb. O, həyat yoldaşın boşanmamaq üçün təhdid edən kişinin videosunu izləyiciləriylə bölüşərək bu sözləri qeyd edib:

“Xanımlar, ürəkli olun, qorxmayın. Zibilin yeri küçədir, atın getsin, evi iyləndirməyin. Qadına qalxan əli, edilən hədə-qorxunu qanun bilir nə edir. Hər şeyə dözün, eybi yox, deyin, nəyinsə xətrinədir.

Amma zorakılığa əsla, rədd edin, çəkinməyin. İnanın, zamanla özünüzdə hüzur tapacaqsınız ki, beləsini “leş” kimi küçəyə atdın. Edin və çəkinməyin. Böyük təcrübə. Baxırsan ki, polisin qarşısında gedir, üzün gülür ki, haradadır bəs güclü qolun? Get, əlini anana qaldır. Kişi ata-anasından nə görürsə, xanımına da onu yaşadır. Eləsi var ki, polus çağırıb küçəyə “leş” kimi atırsan, o an evdən vedrə, şampun, döşəmə taxtası aparmaq yadına düşür”.

Qeyd edək ki, Nigar hərbçi həyat yoldaşından ötən il ayrılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə