Məşhur müğənni kainat gözəli ilə evləndi - FOTOLAR

Məşhur müğənni Mark Antoni 2021-ci ildə gözəllik müsabiqəsində "Kainat gözəli" seçilən model Nadia Ferreyra ilə münasibətlərini rəsmiləşdirib. SİA xəbər verir ki, cütlüyün toyu ötən gün Mayami sahillərində baş tutub. Toyda Salma Hayek Devid Beckhem və başqaları iştirak edib.

Modelin ilk nikahı olsa da, müğənninin bu sahədə təcrübəsi böyükdür. Puerto-Rikolu aktyor və müğənninin keçmiş sevgilisi Debbi Rosadodan 27 yaşlı qızı, kainat gözəli olan başqa bir model Dayanara Torres ilə evliliyindən daha iki oğlu var: Kristian indi 20, Rayan isə 18 yaşındadırlar.

Modeldən boşandıqdan bir həftə sonra Mark J. Lo ilə evlənib. Pop-diva müğənnidən Maks və Emmi adlı əkiz uşaq dünyaya gətirsə də, 2011-ci ildə cütlük ayrılıb. Bundan sonra Entoni venesuelalı model Şennon De Lima ilə evlənib, lakin onlar 2016-cı ildə ayrılıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə