“Mən Vətəni qoruyacağam!” - Lera Kudryavtseva cəbhəyə getməyə hazır olduğunu bildirib

Teleaparıcı Lera Kudryavtsova cəbhəyə getməyə və Vətəni müdafiə etməyə hazır olduğunu bildirib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, o həhha bir az qürrələnərək kimisə qorumaq və xilas etmək onun təbiətində olduğunu bildirib.

“Xüsusi hərbi əməliyyat hərbçilərin işidir. Xüsusi təlim keçmiş insanlar döyüşməli və xüsusi əməliyyatda iştirak etməlidirlər. Amma əgər mənim iştirakım ölkəmiz üçün lazım olsa, mən Vətənimi müdafiə edəcəm. Öldürmək üçün deyil, insanları xilas etmək üçün. Mən ilk növbədə qadınam və kimisə xilas etmək mənim təbiətimdədir. Mənə tibb bacısı kimi cəbhəyə gedəcəyəm”.

Qeyd edək ki, Kudryavtsova hazırda şou-biznesdə çox çətin olduğunu, əsəblərini buna dözmədiyini də bildirib.

Yeri gəlmişkən, aparıcı xnımın etirafına görə, indi hər şey dəyişib. Sadəcə, indi biz işdə gülmürük, səssizcə gəlib işimizi görürük. Son illərdə isə çoxlu sarsıntılar olub.

Kudryavtseva bütün bu sarsıntıların fonunda üzünün bir hissəsinin iflic olduğunu da xatırladıb. Onun dediyinə görə, son bir ildir ki, sənətçi ancaq valerian və psixoloqların hesabına yaşayır.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə