Uesseksli qrafinya Sofi Böyük Britaniyadakı ziyafətdə tacı ilə gündəm olub

Şahzadə Edvardın xanımı, Uesseksli qrafinya Sofi Böyük Britaniyadakı ziyafətdə tacı ilə gündəm olub. SİA xarici mətbuata istinadən xəbər verir ki, Bukingem sarayındakı tədbirə 57 yaşlı qrafinya britaniyalı dizayner Suzannanın qolları dekolteli zümrüd don və gümüşü “LK Bennett” ayaqqabı ilə qatılıb. Onun əlində kiçik gümüşü “Jimmy Choo” çantası olub.

O, görünüşünü dəbdəbəli zərgərlik dəsti ilə tamamlayıb. Almaz boyunbağı və dəyəri təxminən bir milyon funt sterlinq (2 milyon manat) olan böyük tacdan istifadə edib. Tacın kral ailəsinin ailə ləl-cəvahiratına aid olmadığı, 2006-cı ildə qrafinyanın özü tərəfindən alındığı qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə