Fransa parlamentində qaradərili deputatla danışan ifrat sağçı deputat “Afrikaya qayıdın” deyə qışqıranda işlər qarışdı. Parlamentdə böyük təəssürat yaradan hadisəyə görə iclasa fasilə verilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, hadisə Fransada solçu La France Insoumise (LFI) Partiyasından olan qaradərili deputat Karlos Martens Bilonqonun çıxışı zamanı baş verib. Hadisəni dərk etməyə başlayan digər deputatlar da “irqçi” ifadələrə qarşı səslərini ucaltdılar. Parlamentin spikeri Yael Braun-Pivet hadisədən sonra iclası dayandırıb.
Müəllif: Ziya Hikmət oğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB