"Prezidentin Gürcüstan səfərində dostluq, əməkdaşlıq mesajları verildi" - DEPUTAT ŞƏRH ETDİ
“Azərbaycanla Gürcüstan arasında münasibətlər qarşılıqlı mehriban qonşuluq, əməkdaşlıq və dostluq səviyyəsində inkişaf edir. Bu münasibətlər gün keçdikcə daha da genişlənir. Tək Azərbaycan üçün yox, hər iki dövlət üçün olduqca vacib münasibətlərdir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Elman Məmmədov bildirib.

Onun sözlərinə görə, bu münasibətlər hər iki dövlətin, hər iki xalqın xeyrinədir: “Bu Azərbaycanın dövlət siyasətidir ki, qonşu dövlətlərlə əməkdaşlıq şəraitində yaşayır. Azərbaycan bunu bütün dünyaya bəyan edib. Çox təəssüf ki, bizim murdar qonşumuz da var. Yəni ərazi iddiaları onlarda artıq irsi xəstəlikdir. Ancaq Gürcüstanla bizim aramızda olan münasibətlər çox yüksək səviyyədə inkişaf edən dostluq münasibətləridir. Hər iki ölkənin bu münasibətlərdə səmimi olması onu göstərir ki, belə münasibətlər dövlətlərin inkişafına səbəb olur.
Bu gün tək Azərbaycanın yox, Orta Asiyanın, Çin dövlətinin də bu münaisbətlərdə maraqları var. Enerji daşıyıcılarımız, nəqliyyatın inkişafı tək Azərbaycan-Gürcüstan üçün deyil, dünyanın Asiyadan Avropaya qədər bütün ölkələrinin marağındadır. Gürcüstan ərazisindən keçən tranzit yollar, neft-qaz kəməri, enerji daşıcıları və s. çox mühüm məsələlərdir. Bütün bunlar xalqlarımızın güzaranının yaxşılaşması, dövlətlərin inkişafı deməkdir. Bu yaxınlarda da cənab Prezidentin Gürcüstan səfərində də dostluq, əməkdaşlıq mesajları verildi. Bütün bunlar çox sevindiricidir. Gürcüstan tərəfi hətta Qarabağ xanlğının tarixi ilə bağlı gözəl bir sərgi də nümayiş etdirdi. Mən buna çox sevindim. Təbii ki, bu da bizim dostluğumuzun qüdrətinin bir göstəricisidir. Arzu edirəm ki, bu münasibətlərimiz günü-gündən inkişaf etsin və daimi olsun”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB