30 ilin şərəfli yolu FOTOLAR

Lerik rayonunda Yeni Azərbaycan Partiyasının 30 illiyinə həsr olunmuş tədbirin iştirakçıları əvvəlcə Lerik Şəhidlər Xiyabanını ziyarət edib şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoydular. Daha sonra partiyanın yaradıcisı ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olundu, dahi şəxsiyyətin əziz xatirəsinə dərin hörmət və ehtiram ifadə edildi. Tədbir iştirakçıları Lənkəran Regional Mədəniyyət İdarəsinin Lerik rayon Mədəniyyət sarayına gəldilər. Burada Dövlət Himni oxunuldu, ulu öndər Heydər Əliyevin, Vətən torpaqlarının azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anıldı . Yeni Azərbaycan Partiyasının fəaliyyətinə həsr edilən video-çarxın nümayişindən sonra YAP Lerik rayon təşkilatının sədri Malik Mirzəyev çıxış etdi:- Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalıların təşəbbüsü və fəal iştirakı ilə dahi şəxsiyyət Heydər Əliyevin rəhbərliyi altında yarandı. YAP yarandıqdan 6 ay sonra iqtidar partiyasına çevrildi. Bu hadisənin özü xalqın ümummilli lider Heydər Əliyevə inam və etimadını ifadə edən mühüm faktdır. Partiyanın inkişaf yolundan danışan YAP İdarə Heyətinin üzvü Əfsun Sucayev bildirdi ki, 1999-cu ildən sonra Yeni Azərbaycan Partiyası dünyanın bir sıra ölkələrinin siyasi təşkilatları ilə ikitərəfli əlaqələr qurdu, beynəlxalq təşkilatlarda təmsilçilik hüququ qazandı. Buna isə yeni dövrün yeni lideri olan Prezident İlham Əliyevin xüsusi xidmətləri sayəsində nail olundu. Bundan sonra partiyaya gənclərin axını başladı. Məhz gənc kadrlara verilən yüksək qiymət, yeni mərhələdə gənclərə etimad məsələsi Yeni Azərbaycan Partiyasında gənclərin sırasını daha da genişləndirdi.

“Partiyanın gücü onun siyasi proseslərdəki mühüm rolu, iştirakı və qələbəsi ilə ölçülür. O partiyan güclüdür ki, xalqın rəğbətini, sevgisini qazanır, böyük sosial bazaya malik olur və seçkilərdə parlaq qələbələr əldə edir. Bu gün YAP Prezident İlham Əliyevin rəhbərliyi ilə Cənubi Qafqaz bölgəsinin ən güclü siyasi qüvvəsi kimi özünü təsdiqləyib”- bu səmimi fikirləri Milli Məclisin deputatı İqbal Məmmədov öz çıxışında söylədi.Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, Rayon Ağsaqqallar Şurasının sədri Elxan Qəmbərov, şəhid atası Mükafat Yaqubov, Lerik şəhər 2 saylı ərazi partiya təşkilatının sədri Gültəkin Şıxəliyeva, Lerik şəhər 1 saylı ərazi partiya təşkilatının sədri Pərviz Ağaxanlı çıxışlarında partiyanın ötən 30 il ərzində keçdiyi şərəfli yola nəzər salıb bildirdilər ki, Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu - 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb siyasi situasiyanın daxili məntiqindən, zamanın təxirəsalınmaz tələbindən irəli gələrək Azərbaycan xalqının arzu və istəklərinin ifadəçisi kimi yaranan partiyadır. Tədbirin sonunda Lerik rayonunun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına fəxri fərmanlar verildi.

Bütün xəbərlər Facebook səhifəmizdə