"Sanki yenidən bir Azərbaycan qurulur" - DEPUTAT DANIŞDI

"Sanki yenidən bir Azərbaycan qurulur" - DEPUTAT DANIŞDI

“Azərbaycan Respublikasının Prezidentinin və qardaş ölkə Türkiyənin başçısı cənab Ərdoğanın məhz Zəngilanın azad edilməsinin ikinci ildönümü günündə səfərləri çox vacib bir məsələdir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Tahir Kərimli bildirib.

Onun sözlərinə görə, hər iki ölkə hər bir sahədə birlikdədirlər və bu çox gözəl bir məsələdir: “Cənab Prezident səfəri zamanı bütün məcburi köçkünlərin yurdlarına qayıdacağını qeyd etdi. Eyni zamanda Qarabağ və Şərqi Zənzəgurda yaşayışın tezliklə təmin ediləcəyini də bildirdi. Bu proseslər Türkiyə şirkətlərinin də köməkliyi ilə həyata keçirilir.
Eyni zamanda hava limanının açılışı da keçmiş məcburi köçkünlərin yurdlarına qayıtmasının ilk qaranquşlarıdır. Azərbaycan xalqı atılan bu cür vacib addımlardan çox məmnundur. Sanki yenidən bir Azərbaycan qurulur və ölkəmizin gücü getdikcə daha da artır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə