“Ermənistanın cəzalandırılmaması sanki onları bir az da ruhlandırır“ - OMBUDSMAN
“İşğaldan azad olunmuş ərazilərdə minaların olması kiçik biznes fəaliyyəti ilə məşğul olmağa maneə yaradan ən başlıca səbəbdir”. SİA xəbər verir ki, bu fikirləri Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ağdamda jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, Ermənistanın cəzalandırılmaması sanki onları bir az daha ruhlandırır və erməni diversiya qrupları Azərbaycan torpaqlarında mina basdırılması prosesinə davam edirlər: “Biz dəfələrlə beynəlxalq tərəfdaşlarımıza bu məsələ ilə bağlı müraciət etmişik. Onları dərhal və sərt reaksiya verməyə çağırmışıq”.
Müəllif: Abutel İlhamqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB