Pirallahı rayonunda məktəblərarası mini-futbol turnirinə start verildi FOTOLAR
21 oktyabr 2022-ci il tarixində Pirallahı rayonunda Yeni Azərbaycan Partiyasının yaranmasının 30 illik yubileyi münasibəti ilə YAP Pirallahı rayon təşkilatının Tədbirlər Planına əsasən orta məktəb şagirdləri arasında mini-futbol turnirinin açılış mərasimi keçirildi.
Turniri giriş sözü ilə açan YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, 30 il ərzində keçdiyi şərəfli yoldan bəhs edərək tədbir iştirakçılarına uğurlar arzuladı.
Qeyd edək ki, 04 noyabr 2022-ci il tarixində turnirin qalibləri müəyyənləşəcək və mükafatlarla təltif olunacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB