Azərbaycan-Qırğızıstan münasibətlərinin inkişafında yeni mərhələ ŞƏRH

Azərbaycan-Qırğızıstan münasibətlərinin inkişafında yeni mərhələ ŞƏRH

Reallıq odur ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlər, Azərbaycan Respublikasının beynəlxalq arenada qazandığı nüfuz və mükəmməl xarici siyasət kursu ölkəmizin diplomatik, iqtisadi və siyasi gücünü artırmaqdadır. Sözsüz ki, ölkə başçımızın yürütdüyü uğurlu siyasət Azərbaycanı nəinki Qafqaz və postsovet məkanında, bütövlükdə Avrasiya arealında həm siyasi, həm də iqtisadi baxımdan əvəzolunmaz tərəfdaş mövqeyinə çıxarıb. Hazırda dünyanın əksər ölkələri Azərbaycanla əlaqələri daha da möhkəmləndirməyə çalışırlar.Bu gün Azərbaycan Türk Dövlətləri Təşkilatının fəaliyyətinin daha da güclənməsi üçün davamlı addımlar atır və bu qurumun təşkilatlanması istiqamətində başlıca olaraq Türkiyə və Azərbaycan dövlətləri hazırda aparıcı rol oynayırlar. Son illərdə türkdilli ölkələrin arasındaki əlaqələrin strateji müttəfiqlik səviyyəsinə çatması isə heç şübhəsiz ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın türk dünyası qarşısında tarixi xidmətləridir. Eləcə də, bundan əvvəl də Prezident İlham Əliyevin Özbəkistana, Türkmənistana səfərləri Orta Asiyada yaşayan türkdilli xalqların Azərbaycana, bütövlükdə türk dünyasına inteqrasiyasını gücləndirən amillərdən hesab olunur.Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstan səfəri, səfər çərçivəsində keçirilən görüşlər, imzalanan sazişlər, müqavilələr və verilən bəyanətlər türk dünyası birliyinin daha da gücləndirilməsi istiqamətində atılan mühüm amillərdəndir.Prezident İlham Əliyevin digər ölkələrə səfərlərində olduğu kimi, ötən günlərdə Qırğızıstana səfəri də olduqca məhsuldar, tarixi- strateji əhəmiyyət kəsb edərək bir sıra vacib məqamlarla yadda qaldı.

Azərbaycan ilə Qırğızıstan münasibətləri qədim tarixə malikdir. Azərbaycanlılar və qırğızlar eyni kökə, mədəniyyətə, qədim tarixi münasiblərə və ənənələrə malikdirlər.Müstəqilliyin ilk illərində Azərbaycan - Qırğızıstan əlaqələri Mərkəzi Asiyanın digər türk dövlətləri ilə olduğu kimi, əsasən, benəlxalq və regional təşkilatların işində əməkdaşlıq çərçivəsində həyata keçirilib. İkitərəfli münasibətlərin genişlənməsində isə sözsüz ki, Ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olmuşdur.Azərbaycanla Qırğızıstan arasında diplomatik münasibətlərin təməli 19 yanvar 1993-cü il tarixindən başlasa da, lakin bu əlaqələr ilk vaxtlar özünün intensivliyi ilə seçilməyib. 1996-cı ilin ortalarında Azərbaycan Respublikasının Qırğızıstan Respublikasında, 1998-ci ilin may ayında Qırğızıstan Respublikasının Azərbaycan Respublikasında səfirlikləri fəaliyyətə başlayıb.

Azərbaycan-Qırğızıstan münasibətlərinin indiki durumunu təhlil edərkən iki dövlət başçılarının qarşılıqlı səfərlərinə xüsusi diqqət yetrimək lazımdır.Belə ki, Qırğızıstan rəhbərinin ölkəmizə səfərindən bir neçə ay keçmiş Azərbaycan Prezidentinin bu ölkəyə səfəri ölkələrimiz arasında əməkdaşlığın daha da genişlənməsindən, digər tərəfdən cənab Prezidentin qeyd etdiyi kimi tərəflərin nəzərdə tutduqları layihələri qısa zaman kəsiyində reallaşdırmaq, hədəflərə daha tez çatmaq niyyətininin bariz göstəricisidir. Eyni zamanda dövlət başçısının Qırğızıstan səfəri həm də bir çox mühüm görüş və ikitərəfli sənədlərin imzalanması ilə yadda qalması diqqəti çəkən məqamlardandır. Onu da qeyd edək ki, Qırğızıstan Prezidentinin Bakı səfəri çərçivəsində birgə yaradılan Qırğızıstan-Azərbaycan İnkişaf Fondu artıq fəaliyyətdədir və bu fondun yaradılması ticari-iqtisadi sahədə əməkdaşlığın gücləndirilməsi baxımından mühüm faktordur. Həmçinin ötən müddət ərzində strateji tərəfdaşlıq haqqında bəyannamə də eyni zamanda uğurlu həyata keçirilmiş, bu baxımdan dövlət başçımızın bu səfəri isə bütün bu sadaladıqlarımıza daha uğurlu bir töhfədir. Prezident İlham Əliyevin Qırğızıstana səfəri zamanı iki dövlət arasında danışıqlarda ikitərfli iqtisadi əlaqələrlə yanaşı qarşılıqlı maraq doğuran beynəlxalq və regional mövzuların müzakirə olunması isə bir daha ölkələrimizin dost, qardaş dövlətlər olaraq münasibətlərinin ən yüksək səviyyədə olduğunu göstərir. Azərbaycan Prezidentinin səfəri zamanı əldə edilən mühüm razılaşmalardan biri də heç şübhəsiz Dövlətlərarası Şuranın yaradılmasıdır və belə ki, şuranın fəaliyyətə başlaması və imzalanmış sazişlər əməkdaşlığımızın siyasi, ticari-investisiya sahələrində fəal inkişafının mühüm göstəricisi hesab oluna bilər.

Bu gün Bakı və Bişkek şəhərləri qardaşlaşmış şəhərlər çevriliblər. Səfər çərçivəsində Bişkekdə Heydər Əliyev adına 20 saylı Məktəb-Gimnaziya təhsil-tərbiyə Kompleksinin, Nizami Gəncəvi adına 103 saylı məktəbin və Qırğızıstan-Azərbaycan Dostluq Parkının açılışı bu əlaqələrin bir daha əyani göstəricisi olaraq iki dost ölkə arasında tarixi əlaqələrin bir daha dərinliyindən, eləcə də gələcəkdə də bu əlaqələrin daha da uğurla inkişaf edəcəyindən bir daha xəbər verdi.

Sahib Şükürov

YAP Göyçay rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə