"Fransa həmişə ermənipərəst olub" - HƏRBİ-SİYASİ EKSPERT AÇIQLADI

"Fransa həmişə ermənipərəst olub" - HƏRBİ-SİYASİ EKSPERT AÇIQLADI

"Fransa prezidenti Emmanuel Makronun "France2" kanalına verdiyi müsahibə bir daha onu sübut edir ki, Fransa nə olursa-olsun yenə də ermənilərin yanındadır. Onlar haqq-ədaləti bir kənara qoyublar". Bu sözləri SİA-ya açıqlamasında hərbi-siyasi ekspert Telman Qasımov deyib.

Onun sözlərinə görə, Makron çıxışında Azərbaycanın haqq səsini dinləməyib ermənini dəstəklədi ki, bunun da səbəbi var: "Bu, onunla bağlıdır ki, artıq 100 illərdir ki, Fransa ermənilərin yanındadır. Bu, Makronun çıxışında da aydın oldu. Artıq bəlli məsələdir ki, Fransanın erməni diasporu Makronu ələ alıb. Bu, sirr deyil və dəfələrlə də açıqlamışıq.

Onların dediklərinə görə, 44 günlük Vətən müharibəsində guya ermənilərin hüquqları pozulub. Fransa prezidentinin mövqeyi artıq bəllidir. O, erməni xislətindən əl çəkmir".

Telman Qasımov sözlərinə belə davam edib: "Burada Fransanın dövlət maraqları var. Fransa istəyir ki, regionda Amerikanın yanında, logistik yol xətlərinin açılması məsələsində iştirakçı olsun. Çünki bu yollar açılarsa, Şərqlə Qərbin birləşməsi baş tutacaq. Emmanuel Makron məsələlərə şəxsi maraq və münasibətləri üçün yanaşır. Bu da çox yanlışdır.

Zaman öz axarı ilə gedir və regionda vəziyyət gərgindir. Böyük güclərin maraqları toqquşur. Amma Azərbaycanın sərhəd bütövlüyü var. Apardığımız incə siyasət nəticəsində bütün dünyaya sübiut edə bilirik ki, Azərbaycan haqlı tərəfdir.

Makronun "France2" kanalına verdiyi müsahibəsində çox qərəzli çıxışlar görürəm. Makron Fransa ermənilərindən qidalandığı üçün onların maraqlarını dəstəkləyir. Onun apardığı ikiüzlülük siyasəti nəticəsində Azərbaycanda olan beynəlxalq layihələrdən də geri qalacaq".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə