"Fransa istəsə də, istəməsə də, qəbul etməlidir" - MİLLƏT VƏKİLİ DANIŞDI

"Fransa istəsə də, istəməsə də, qəbul etməlidir" - MİLLƏT VƏKİLİ DANIŞDI

"Fransanın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında vasitəçiliyi ilk növbədə onun Ermənistanın talehi ilə bağlı narahatçılığıdır". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə bildirib.


Millət vəkili qeyd edib ki, Fransa her zaman Ermənistanı bütün məsələlərdə ədalətli olub-olmamasından aslı olmayaraq müdafiə etdiyini gizlətməyib: "44 günlük müharibə dövründə Fransa sözdə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləsə də həmişə Ermənistana maksimum dəstək göstərib. Vətən müharibəsi zamanında da Fransa hətta Ali hakimiyyət orqanları Ermənistanı müdafiə edərək, Azərbaycanı hərbi əməliyyatlarını dayandırması üşün maksimum təziq göstərirdilər. Bu günkü danışıqlarda vasitəçiliyin əsas səbəbi Ermənistanı ağır vəziyyətə düşmək xilas etməkdir. Sülh müqaviləsi bağlamayan Ermınistan regional və iqtisadi lahiyələrdə iştirak etmir. Magistral nəqliyyat xəttləri Ermənistandan yan keçir. Təbii ki, bütün bunlar Ermənistan əhalisinin köçməsinə, gələcəkdə ümumilikdə əhalisiz bir dövlətə çevrilməsinə səbəb olacaq. Lakin Fransanın Ermənistanın gələcəyi ilə bağlı narahatlığı ikili standartlara söykənir. Çünki bir tərəfdən Fransa Prezidenti vasitəçilik edərək tez-tez Azərbaycan və Ermənistan rəhbəri ilə telefon danışığı edərək, sülh müqaviləsinin bağlanılmasında öz dəstəyini verir digər tərəfdən isə Fransa hakimiyyətinin nümayəndələri Azərbaycanla bağlı əks fikirlər səsləndirirlər və dövlətimizi etmədiyi hərəkətlərə görə günahlandırırlar. Ermənistanla yanaşı Fransanında bir sıra məsələlərdə öz mövqeyini dəyişməlidir. Onlar bilməlidir ki, Azərbaycan öz torpaqlarında heç vaxt əl çəkməyəcək və Azərbaycan ərazi bütövlüyünü, sərhədlərin toxunulmazlığı prinsipini hər zaman müdafiə edəcəkdir. Bu baxımdan Azərbaycanın öz suverenliyi ilə bağlı beynəlxalq hüquqa əsaslanan mövqeyi mövcuddur. Fransa dövləti də bu mövqeyi istəsə də, istəməsə də, müdafiə etməlidir. Hesab edirəm ki, Azərbaycan- Ermənistan münasibətlərinin normallaşmasına kömək etmək istəyən ölkələr ilk növbədə beynəlxalq hüququ regionda təmin etməlidir".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə