Qırğızıstan səfərində nələr baş verdi? - MİLLƏT VƏKİLİ DANIŞDI

Qırğızıstan səfərində nələr baş verdi? - MİLLƏT VƏKİLİ DANIŞDI

"Cənab Prezidentin Qırğızıstana getməsi fövqəladə əhəmiyyət kəsb edən səfərdir. Qırğızıstan dövləti coğrafi vəziyyətinə görə Çinlə həmsərhəddir". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Tahir Kərimli bildirib.

Millət vəkili qeyd edib ki, Qırğızıstan dövləti strateji əhəmiyyət kəsb edən ərazidə yerləşir: "Baxmayaraq ki, orada son zamanlar iqtisadiyyat zəif inkişaf etsə də, təbii ehtiyatları ilə zəngin bir dövlətdir. Orada iqtisadiyyatın inkişafına yatırım qoymaq, bizim ölkə üçün faydalıdır. Qırğızlar özlərini türk müsəlman xalqı kimi hiss edirlər. Həmçinin Qırğızıstanda dövlət rəhbəri ilə xalq arasındakı bütün fikirlər üst-üstə düşür.

Qırğızıstan Turan coğrafiyasına aid bir dövlətdir. Bu dövlətin Azərbaycanla dostluq münasibətləri var. Qırğızstanda Heydər Əliyev adına Tədris Mərkəzinin, Qırğız-Azərbaycan Dostluq Parkının, Nizami Gəncəvi adına məktəbin, açılışı oldu. Həmçinin orada mühüm mövzular müzakirə olunaraq, qərarlar qəbul edildi. Ümid edirəm ki, bundan sonra da bu 2 dövlət arasında olan münasibətlər genişlənəcək. Qırğızıstanın Mərkəzi Asiyada Azərbaycanla yaxşı münasibətlərinin olması digər dövlətlər üçündə nümunə rolunu oynayır.

Hesab edirəm ki, Qırğızıstan dövlətinin bizə qarşı olan münasibəti tam səmimidir. Müstəqilliyimizin ilk illərində Ermənistan dövləti ilə müəyyən səhvlər buraxsalar da, hazırda bizə qarşı münasibətləri yaxşıdır və Ermənistanla olan münasibətləri sonlandırıb".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə