YAP Qazax rayon təşkilatının yeni ərazi partiya təşkilatı təsis edilib - FOTOLAR

YAP Qazax rayon təşkilatının yeni ərazi partiya təşkilatı təsis edilib - FOTOLAR

11 oktyabr 2022-ci il tarixdə Yeni AzərbaycanPartiyası Qazax rayon təşkilatının yeni “Ə.Seyidov küçəsi 8A” ünvanı ərazi partiya təşkilatı təsis edildi. SİA xəbər verir ki, təsis iclası başlamazdan əvvəl müstəqil Azərbaycan dövlətinin, Yeni Azərbaycan Partiyasının yaradıcısı və qurucusu Ulu ÖndərHeydər Əliyevin, eləcə də torpaqlarımızın işğaldan azad olunması və ərazi bütövlüyümüzün təmin olunmasında canlarından keçmiş Şəhidlərimizin əziz xatirəsibir dəqiqəlik sükutla yad olundu.

Yeni Azərbaycan Partiyasının 30 illik yubileyi ərəfəsinə təsadüf edən iclasda YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev çıxış edərək Yeni Azərbaycan Partiyasının 30 ilərzində keçdiyi şərəfli yoldan, qazandığı uğurlardan, partiyanın VII qurultayından sonra partiya həyatında aparılan islahatlardan ətraflı danışdı.

Təsis iclasında təşkilati məsələyə baxıldı, Bayram Qasımov “Ə.Seyidov küçəsi 8A” ünvanı ərazi partiya təşkilatının sədri, Nəsimi İsmayılov isə sədr müavini seçildilər.

Sonda rayon təşkilatının sədri yeni seçilən tərkibi təbrik edərək, vacib tapşırıq və tövsiyyələrini verdi.

Bütün xəbərlər Facebook səhifəmizdə