Qarabağda aşkar edilən kütləvi məzarlıqlar erməni vəhşiliyinin danılmaz sübutudur ŞƏRH
İşğaldan azad edilmiş ərazilərə gələn hər kəs Ermənistanın işğalı və təcavüzünün nəticələrini görür
44 günlük Vətən müharibəsindən sonra azad edilmiş ərazilərimizdə kütləvi məzarlıqlar aşkara çıxarılmaqdadır. İşğal dövrü təcavüzkar Ermənistan dədə-baba yurdlarımızı nəinki dağıdaraq talanlara məruz qoyur. Habelə insanlarımıza qarşı da olmazın vəhşiliklər törədib, soyqırımları həyata keçiriblər. Təəssüf ki, bu qanlı hadisələr törədilərkən dünya birliyi baş verən həmin dəhşətlərə susublar. Lakin tarix hər şeyi aşkara çıxarır. Erməni faşizminin qanlı əməllərini sübuta yetirən növbəti dəlil - Birinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən işgəncələrə məruz qalaraq öldürülmüş 12 Azərbaycan hərbçisinə aid kütləvi məzarlıq isə bu yaxınlarda Xocavəndin Edilli kəndində aşkarlandı. Bu isə həm də onu göstərir ki, nə tarix, nə də zaman işğalçı Ermənistanın törətdiyi qanlı əməllərə dünya kimi göz yummur və hər səhifəsində onların vəhşi əməllərinin izini saxlayaraq silinməsinə, gizlənməsinə imkan vermir. Beləliklə, ermənilərin qaniçən vəhşişikləri bütün dünyaya bəlli olur.
Edillidə aşkarlanan kütləvi məzarlıq da sübut edir ki, 44 günlük Vətən müharibəsində olduğu kimi, Birinci Qarabağ müharibəsi dövründə də işğalçı Ermənistan beynəlxalq hüquq normalarını və humanitar hüququn tələblərini kobud şəkildə pozaraq dayanmadan müharibə cinayətləri törədib, mülki əhalini girov götürüb, soydaşlarımıza olmazın işgəncələr verib, onları xüsusi amansızlıqla öldürüblər. Həmin dövrdə erməni qatilləri Ballıqaya, Qaradağlı, Ağdaban kimi faciələr törədiblər. 1992-ci il fevralın 26-da isə erməni terrorçularının kulminasiya nöqtəsi Xocalı soyqırımı ilə nəticə tapıb.
Yuxarıda da qeyd etdiyimiz kimi, bizlər erməni qatillərinin bu hərbi cinayətlərinə 44 günlük Vətən müharibəsi dövründə şahidlik etdik, mülki əhalimiz Gəncədə, Bərdədə, Tərtərdə bu terrorçuların törətdikləri qətliamlara məruz qaldılar.
Onu da qeyd edək ki, Edilli kəndində aparılan qazıntı işləri zamanı aşkarlanan kütləvi məzarlıqla bağlı məlumatlar dünya mətbuatının diqqət mərkəzindədir. Türkiyənin aparıcı kütləvi informasiya vasitələri Edilli kəndində aparılan qazıntı işləri zamanı aşkarlanan, azərbaycanlı hərbçilərin olduğu cəsədlərdən ibarət kütləvi məzarlıq barədə geniş məlumat yayıb. “Anadolu” və DHA xəbər agentlikləri, “TRT Haber”, “TGRT”, “TRT Avaz”, “CNN Türk”, “TRT Haber” və başqa telekanallar, “Milliyet”, “Yeni akıt”, “Star” və digər qəzetlər başda olmaqla, ölkənin aparıcı media qurumları erməni vandalizminin daha bir nişanəsindən bəhs edərək işğaldan azad olunan Azərbaycan torpaqlarında üzə çıxarılan növbəti insanlıq əleyhinə cinayətdən bəhs ediblər.
Edilli kəndində aşkarlanmış 2-ci kütləvi məzarlıqla bağlı “20 Minutes”, “Le Preogres” portallarında da məqalələr dərc olunub. Məqalələrdə Edilli kəndində işgəncə verilmiş 25 cəsəd olan kütləvi məzarlıqdan, Birinci Qarabağ müharibəsində itkin düşmüş 4000 azərbaycanlı haqqında hələ də məlumat olmamasından, Ermənistanın kütləvi məzarlıqların yerini açıqlamaqdan imtina etməsindən yazılıb. Moldovanın xəbər portalları da Edilli kəndi ərazisində Azərbaycan ordusunun hərbi qulluqçularının kütləvi dəfn edildiyi məzarlıqla bağlı mövzuya geniş yer ayırıb. Belə ki, Moldovanın “Noi”, “Dosarmedia” və digər xəbər portallarında dərc olunan məqalələrdə faktla bağlı Azərbaycanın Hərbi Prokurorluğunda müvafiq maddələr üzrə cinayət işinin açıldığı qeyd olunub.
Artıq bütün faktlar beynəlxalq aləmin diqqətinə çatdırılıb və İşğaldan azad edilmiş ərazilərə gələn hər kəs Ermənistanın işğalı və təcavüzünün nəticələrini görür.
Almaz HƏŞİMOVA,
YAP Füzuli rayon təşkilatının sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB