Cari ilin 18 iyul tarixində Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Azərbaycana rəsmi səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdükdən sonra tərəflər enerji münasibətlərinə dair Anlaşma Memorandumu imzalayıblar və yeni imzalanan bu Memorandum Azərbaycan-Avropa İttifaqı arasında yeni bir mərhələnin başlanğıcına təkan vermiş oldu ki, bu da ölkəmizin beynəlxalq münasibətlər sistemində artan rolu və nüfuzundan xəbər verir.

Qeyd edək ki, bu gün Azərbaycan neft kontraktları ilə yanaşı, qaz hasilatının həcmini artırmağa ildən-ilə müvəffəq olmaqdadır. 2021-ci ildə Azərbaycan ilk dəfə olaraq Cənub Qaz Dəhlizi üzərindən Avropaya istehsal etdiyi qazı nəql etmişdir.
Hal-hazırda Avropada yaşanan enerji böhranı fonunda Azərbaycanın illər boyu üzərində işlədiyi enerji infrastrukturu Aİ-nin diqqətini cəlb etməkdədir. Bu, eyni zamanda Azərbaycan üçün suverenliyin qorunmasında, habelə Cənubi Qafqazda dayanıqlı sülhə nail olmaqda yeni bir imkan, habelə Avropada yaşayan insanların enerji və qaz tələbatının ödənilməsinə dəstəkdir.
Prezident cənab İlham Əliyevin cari ilin 30 sentyabr tarixində strateji tərəfdaş olan Bolqarıstan Respublikasına rəsmi səfəri çərçivəsində vurğulamışdır: “Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Yeni və çoxşaxəli qaz nəqliyyat infrastrukturu ölkəmizə imkan verir ki, bir çox ölkələri təbii qazla təmin edək”. Bəli, bu imkanlar həm iqtisadiyyatın şaxələnməsinə, həm də regionda xalqların dayanıqlı sülhlə təmin olunmasına öz müsbət töhfələrini verə bilər.

Ölkə Prezidenti cənab İlham Əliyevin sentyabrın 30-da Bolqarıstana rəsmi səfəri və səfər çərçivəsində iki ölkə arasında qarşılıqlı tərəfdaşlıq məsələlərinin müzakirəsi Azərbaycanın etibarlı qaz təchizatçısı kimi Avropa üçün önəm daşıyan ölkə olduğunu bir daha təsdiq etmiş oldu. Səfər çərçivəsində keçirilən görüşlər və aparılan müzakirələr bir daha onu göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz milli maraqlarına uyğun müstəqil siyasət yürütməklə, eyni zamanda, ölkəmizin inkişafı və tərəqqisi naminə çox mühüm addımlar atır. Cənab Prezidentin iştirak etdiyi mühüm tədbirlərdən biri Yunanıstan-Bolarıstan Qaz İnterkonektorunun açılış mərasimi olmuşdur. Cənab Prezidenr İlham Əliyev açılış mərasimindəki çıxışı zamanı bir çox mühüm məsələlərə toxunmuşdur.Xüsusilə vurğulamaq lazımdı ki, Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru layihəsi Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsində və qaz təchizatının şaxələndirilməsində mühüm rol oynayacaq.Ölkə Prezidenti cənab İlham Əliyevin mətbuata bəyanatında çıxışı zamanı bildirdiyi kimi, "Yunanıstan- Bolqarıstan Qaz İnterkonnektoru layihəsi doğrudan da tarixi əhəmiyyətə malikdir. Əminəm ki, bu interkonnektor həm Azərbaycan qazının Avropaya daha geniş miqyasda nəql olunmasına imkan verəcək, eyni zamanda, Avropa qitəsində enerji təhlükəsizliyinə də bunun çox böyük faydası olacaqdır".Bu gün bir çox nüfuzlu dövlətlərin Cənubi Qafqazın əsas söz sahibi olan Azərbaycanla əməkdaşlığa böyük önəm vermələri ölkəmizlə münasibətlərin qurulmasına maraqlı olduqlarını birmənalı şəkildə göstərmiş olur.

Mansur Quliyev

YAP Ağdam rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə