Ermənistan kütləvi məzarlıqların yerləşdiyi ərazilərin xəritəsini Azərbaycana təqdim etmir - Fransa portalı

Fransanın “La Gazette” xəbər portalında Xocavənd rayonunun Edilli kəndində aşkarlanan növbəti kütləvi məzarlıq və bu kütləvi məzarlığın erməni vandalizminin növbəti təzahürü olması barədə məqalə dərc olunub.

SİA-nın məlumatına görə, məqalədə bilidirilib ki, Ermənistan beynəlxalq hüquq nornmalarına zidd olaraq Azərbaycan tərəfinə kütləvi məzarlıqların yerləşdiyi ərazilərin xəritəsini təqdim etmir və bununla da beynəlxalq hüquq normalarını pozur.

“Bu qətllərin törədilməsi Nürnberq Beynəlxalq Hərbi Tribunalının Nizamnaməsinə və Cenevrə Konvensiyasının üçüncü maddəsinə əsasən, beynəlxalq humanitar hüquq normalarının pozulması və müharibə cinayəti sayılır. Eyni zamanda, müharibə qaydaları barədə Haaqa Konvensiyasında da mülki əhaliyə, müharibədə iştirak etməyən əhaliyə, əsir və girovlara qarşı bu cür törədilmiş cinayətlər təbii ki, beynəlxalq humanitar hüquqa əsasən, müharibə cinayəti sayılır ”, - deyə məqalədə qeyd olunub.

Həmçinin vurğulanıb ki, əgər bu məsələyə insan hüquqları prizmasından yanaşılsa, bunun beynəlxalq konvensiya və digər hüquqi sənədlərdə yaşamaq hüququnun pozulması olduğunu görmək olar.

“İtkin düşmüş ailələr beynəlxalq hüquq normalarına görə, öz itkin düşən ailə üzvləri haqqında məlumat almaq hüququna malikdirlər. Lakin bu kütləvi məzarlıqların müfəssəl məlumatını Ermənistan Azərbaycan tərəfinə təhvil verməməklə həmin ailələrin hüquqlarını da pozub. Ümid edirik ki, minalar təmizləndikcə, kütləvi məzarlıqlar aşkarlandıqca müvafiq ekspertizalardan sonra itkin düşmüş şəxslərin taleyi də məlum olacaq", - deyə məqalədə əlavə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə