“Belə terorrlar insanlığa qarşıdır” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
“2020-ci ilin oktyabr ayında Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarınına məhəl qoymayaraq mülkü əhaliyə qarşı istifadəsinə qadağan olmuş balistik raketlərlə Azərbaycanın Gəncə şəhərini 5 dəfə ayrı-ayrı zamanlarda bombalanmaşdır”. Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.

Onun sözlərinə görə, ilk belə hücum 4 oktyabrda baş vermiş və 1 mülki şəxsi şəhid olması, 30-dan çox mülki şəxsin yaralanması ilə nəticələnmişdir: “Bu raket hücumu müharibənin getdiyi Dağlıq Qarabağ bölgəsindən kənara edilən ilk ciddi hücum idi.
Ümumiyyətlə, 2020-ci ilin oktaybr ayında raket hücumları nəticəsində hamısı mülki şəxslər olmaqla 16 nəfər şəhid olmuş, 55 nəfər isə yaralanmışdır. Hücumlar zamanı şəhərin infrastrukturuna, yaşayış binaları da daxil olmaqla, digər binalara, avtomobillərə ziyan dəymişdir.
Gəncə soyqırımı Ermənistanın məkirli terror siyasətinin iç üzünü bir daha açıb göstərdi. Belə terrorlar insanlığa qarşıdır və Gəncə şəhərinə səfər etmiş diplomatlar və xarici qonaqlar erməni vandalizmin və vəhşiliyin canlı şahidi olmuşlar.
Ermənistanın mülkü əhalimizə qarşı raket hücumları BMT, Avropa İttifaqı və Türkiyə tərəfindən qınanmışdır. Amma təəssüf ki, beynəlxalq ictimaiyyət törətdikləri hərbi cinayətlərinə görə Ermənistana təsir etməməsi, erməniləri yeni hərbi cinayətlərin davam etdirilməsinə ruhlandırmışdır. Belə ki, müharibənin bitdiyi iki ildə ermənilər Laçında və Kəlbəcərdə 2021-ci ilin istehsalı olan minalarla yenidən ərazilıərimizi minalamışdır. Cəzasızlığın olamasından su istifadə edən Ermənistan müətəmadi olaraq Azərbaycana qarşı təxribatlar törədir. Amma, erməni təxribatlarının və hərbi cinayətdlərinin qarşısını Azərbaycanın Silahlı Qüvvələri çox peşəkarlıqla alır. Azərbaycan sülh əlini uzatsa da təəssüf ki, Erməmnistan hələ də əlimizdən tutmur və öz cinayət xislətini davam etdirməyinə çalışır. Hesab edirəm ki, Ermənistanın cinayətlərə bulaşmış siyasəti ancaq bu ölkənin məhvini sürətləndirir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB