"27 sentyabr Zəfərimizin başlandığı gündür" - DEPUTAT ŞƏRH ETDİ
"2020-ci il sentyabr ayının 27-də erməni silahlı qüvvələri Azərbaycanın Qarabağ bölgəsində təxribatlar törədib". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Onun sözlərinə görə, Azərbaycan Ordusu bu təxruibatların qarşısını almaq üçün dərhal əks-hücum əməliyyatına keçdi və illərdir Ermənistanın özü haqqında yaratdığı mifi məhv etdi: "Bu müharibə ilk növbədə 30 ildən sonra Azərbaycan Ordusunun işğalda olan ərazilərimizi azad etməyə başlaması ən böyük mənəvi qələbəmiz idi. Bu, ordumuzun böyük texniki, hərbi hazırlığı ilə yanaşı həmçinin Azərbaycan əsgərinin mənəvi ruhundan xəbər verirdi. 27 sentyabr Zəfərimizin başlandığı gündür. Bu tarixdə ordumuzun erməni ordusunu məhv edərək torplaqlarımızı azad etməyə başlaması tarixin dönüş nöqtəsi idi. Bu zəfərlə Azərbaycanın siyasi nüfuzu daha da artırdı. 27 sentybar şanlı Ordumuzun məhz mənəvi üstünlüyünün təntənəsi idi”.
Arzu Qurbanlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB