“Azərbaycanın təhlükəsizliyi vacib prioritetdir” - FƏRİD ŞƏFİYEV

“Ermənistanın baş naziri sual verirki “Azərbaycan Ermənistanın ərazi bütövlüyünü tanıyırmı?” Bütün bunlar sual altında idi”. SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Anım Günü ilə bağlı olan tədbirdə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.

Onun sözlərinə görə, artıq biz bu prizmanı dəyişdirmişik: “Bu gün fürsətdən istifadə edərək Azərbaycanın beynəlxalq aləmdə gündəliyini müzakirə etmişik. Nyu-Yorkda baş verən görüşlərdə bu məsələlərlə bağlı fəal şəkildə məşğul olunur”.

Fərid Şəfiyev sözlərinə belə davam edib: “Azərbaycan digər ölkələrlə müzakirəyə hazırdır. Hər hansı bir ölkə buna töhfə vermək istəyirsə, biz bunu alqışlayarıq. Bizim 5 maddədən ibarət təklifimiz var və bunu Ermənistan tərəfinə təqdim etmişik. Ermənistan tərəfi bu məsələni süründürür və təxirə salır. Sonuncu təxribat sentyabrda baş verib və təəssüflər olsub ki, burada da biz şəhidlət verdik.

Baxışımız bundan ibarətdir ki, Azərbaycan münaqişəni həll edib. Ermənistan daxilində və xaricində havadarlar var ki, Azərbaycana qarşı təxribatlar törədir. Hətta bəzi qüvvələr var ki, çağırışlar edir ki, silahlanmaq lazımdır.

Ətrafda da çox mürəkkəb proseslər gedir. Azərbaycanın təhlükəsizliyi vacib prioritetdir. Bizim müdafiə sistemimiz güclü olmalıdır. Ümid edirəm ki, daha şəhid vermərik. Unutmayaq ki, Ermənistanın daxilində irqçi revanşist qüvvələr var və biz hərşeyə hazır olmalıyıq”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə