Azərbaycan mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib ŞƏRH
Cari ilin 16 sentyabr tarixində Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin sammiti keçirilib. Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan dövlətləri tərəfindən Şanxayda təsis olunub. Hazırda təşkilatın 8 üzvü, 4 müşahidəçi üzvü və 9 dialoq tərəfdaşı var. Həmçinin, İranın Təşkilatın Üzvlüyünə qəbul edilməsi, Misir, Qətər və Səudiyyə Ərəbistanın isə dialoq tərəfdaşı statusu almasına dair qərarlar artıq qəbul olunub. Hazırda Şanxay Əməkdaşlıq Təşkilatına Özbəkistan dövləti sədrlik edir. Dövlət başçımızın sentyabrın 15-16-da Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitinə dəvət olunması ölkəmizin və dövlətimizin başçısının bir daha beynəlxalq miqyasda yüksək nüfuzunun mühüm göstəricisidir. Prezident İlham Əliyev Sammit çərçivəsində bir sıra ölkələrin dövlət başçıları ilə səmərəli görüşlər keçirib, ikitərəfli əlaqələrin inkişafı və regional məsələlər müzakirə olunub.Görüş zamanı dövlətimizin başçısı Ermənistanın 12-14 sentyabr tarixlərində Azərbaycana qarşı törətdiyi hərbi təxribatlara xüsusilə geniş aspektdə toxunaraq, törədilmiş təcavuzkar və qanlı təxribatlar barədə tərəf müqabillərini və beynəlxalq ictimaiyyəti məlumatlandırıb. Azərbaycan ölkələrin bir-birini suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan sülh müqaviləsi üçün 5 əsas prinsip təqdim edib. Və hər iki ölkə ilkin şərtlər və süni ləngimələr olmadan sülh sazişi layihəsi üzərində işə başlamalı olduğu təqdirdə, lakin təəssüflər olsun ki, Ermənistan hələ də destruktiv mövqe nümayiş etdirməklə sülh prosesini ləngidir. O qeyd edib ki, Ermənistanın bu təxribatı iki ölkə arasında normallaşma prosesinə böyük bir zərbədir. Buna görə də bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Dövlətimizin başçısı çıxışı zamanı münaqişənin həllinə məsul olan beynəlxalq qurumların səmərəsiz fəaliyyətinə də toxunaraq, həmçinin bunun narahatlıq doğurduğunu da bəyan edib. Dövlətimizin başçısı 1993-cü ildə BMT Təhülkəsizlik Şürasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması ilə bağlı qəbul etdiyi dörd qətnamənin mahiyyətini xatırladaraq bu qətnamələrin 27 il ərzində sadəcə kağız üzərində qaldığını növbəti dəfə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb.Prezident İlham Əliyev çıxışı əsasında Sammit iştirakçılarına Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanları barədə məlumat vermiş və dəhlizlərin geosiyasi əhəmiyyəti barədə bəhs edib.Bu gün Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin işə düşməsinə sanballı töhfələr verib və indi də bu layihələrin inkişafında mühüm rol oynayır. Şərq-Qərb və Şimal-Cənub marşrutları üzrə Azərbaycan ərazisindən keçməklə yükdaşımalar, o cümlədən Yeni Ələt Beynəlxalq Dəniz Ticarət Limanından gələn tranzit yükləri həcmi hər il artır. Öz çıxışında bu barədə fikirlərini səsləndirən ölkə başçımız Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ildə 15 milyon ton yükdaşırma qabiliyyətinə malik olduğunu və bu göstəricinin il ərzində 25 milyon tona qədər artırıla biləcəyini vurğulayıb. Prezident İlham Əliyev çıxışında eyni zamanda Zəngəzur dəhlizinin əhəmiyyətini də bu konteksdə diqqətə çatdırıb. Qeyd olunub ki, 2020-ci ilin sonunda Qarabağ münaqişəsinin həlli regionumzda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaradıb. Zəngəzur dəhlizi açıldıqdan sonra əməkdaşlıq edən ölkələrin nəqliyyat imkanları artıracaq və marşrut boyu yerləşən bütün ölkələr üçün faydalı olacaqlar. Ümumiyyətlə, Zəngəzur dəhlizinin açılması ilə Asiyanı Avropa ilə birləşdirən Şərq-Qərb layihəsinin, o cümlədən Transxəzər beynəlxalq marşrutunun imkanları da dəfələrlə artacaq. Və bu marşrut boyu yerləşən bütün ölkələr üçün faydalı olacaqdır. Beləliklə, bu sammitin gedişi və iştirakçılarının mövqeyi bir daha onu təsdiqlədi ki, Qafqazla əlaqədar bütün iqtisadi və siyasi layihələrlə bağlı hər kəs bölgənin lider dövləti kimi yalnız Azərbaycanla hesablaşır.
Laçın İsmayılov
YAP Göyçay rayon təşkilatının sədr müavini
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB