Rəisi çıxışına başladığı anda İsrailin BMT-dəki daimi nümayəndəsi zalı tərk edib

Rəisi çıxışına başladığı anda İsrailin BMT-dəki daimi nümayəndəsi zalı tərk edib

İran prezidentinin çıxışının protokolları zamanı İsrail cəbhəsində gərginlik artıb. SİA xəbər verir ki, ABŞ-ın Nyu-York şəhərində keçirilən Birləşmiş Millətlər Təşkilatının 77-ci Baş Assambleyasında dövlət və hökumət rəhbərləri çıxışlarını davam etdirirlər. İran prezidenti İbrahim Rəisinin çıxışı zamanı zalda şok anlar yaşanıb. Reisinin 2 gün əvvəl etdiyi Holokost açıqlamasına reaksiya verən İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Erdan İsrail tərəfinə aid kreslosunda Holokostdan sağ çıxan baba və nənəsinin şəklini qoyaraq zalı tərk edib.

Erdanın verdiyi açıqlamada, "Bu, BMT üçün yeni bir mənəvi enişdir. Holokostu inkar edən serial qatil nifrətini yaymaq üçün BMT platformasından istifadə edir. Salonda qalıb onu dinləyən bütün nümayəndələr utanmalıdır"-deyib.

Qeyd edək ki, sovet hərbi əsirləri də daxil olmaqla, əksəriyyəti yəhudilərdən ibarət 1 milyon 100 min insan boğularaq və ya bu düşərgənin qaz kameralarında güllələnərək yandırılıb. 2005-ci il noyabrın 1-i Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının qərarı ilə Holokost qurbanlarını Beynəlxalq Anma Günü kimi tanınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə