Azərbaycan - şanlı tarixin qanla Zəfər yazmış məmləkəti

Azərbaycan - şanlı tarixin qanla Zəfər yazmış məmləkəti

Azərbaycanın varlığı bizim varlığımız, onun mövcudluğun bizim mövcudluğumuzdur. Müasir Azərbaycan adlı məmləkətin qurucusu və banisi Heydər Əlirza oğlu Əliyevdir. Biz bugünkü uğurlarımıza və inkişafımıza görə Heydər Əliyev dəsti-xəttinə borcluyuq. Əgər bu gün biz böyük dövlətlər arasında Azərbaycan imzasını görürüksə, işğaldan azad olunmuş torpaqlarda bayrağımızın dalğalanmasını görür, fərəhləniriksə, bu nailiyyətləri Əliyevlər imzasına - cənab Ali Baş komandan İlham Əliyev cənablarına borcluyuq. Bugünkü hərb və siyasi arenada inkişaf etmiş ölkələr, böyük dövlətlər Azərbaycanı bölgənin güclü dövləti kimi qəbul edirsə, bu şərəfin bir memarı var - cənab Prezident İlham Əliyev! Biz kiçikdən böyüyə kimi Vətənini sevən vətəndaşlar kimi ruhumuzla, mənəviyyatımızla, qəlbimizlə ölkə başçımızın, dövlətimizin yanındayıq. Tam şəkildə ölkədə aparılan layiqli siyasəti biz xalqın nümayədələri dəstəkləyirik.

Qarabağda qazanılan Zəfər bir daha sübut etdi ki, bizim Zəfərimiz haqq savaşıdır, biz öz torpağımızda vuruşuruq. Bu qələbəyə kölgə salmağa çalışan bəzi qüvvələr var - vətən xainləri. Onlar vətəndən qaçıb, erməni lobbisinin pulu hesabına xalqımızın uğurlarına xaincəsinə qara yaxırlar. Çox təəssüf doğuran haldır ki, bu nanəciblərin arasında dırnaqarası vətənsevərlər anlamırlar ki, yurd sevgisi, əxlaq, mənəviyyat nə alınır, nə satılır, o insanla doğulur.

Bu xainlər arasında Sevinc Osman qızı - atası ermənilər tərəfindən öldürülüb. Nə qədər nanəcib olasan ki, ata qatilini sevəsən, ata qatilini əziz insanmış kimi qələmə verib, sosial şəbəkələrdə arsızcasına danışasan. Bu tip insanlara uyanlar da ailə, mənəvi dəyərləri itmiş manqutlardır.

Bizi Azərbaycan naminə apardığımız müqəddəs yolda heç kim, heç bir qüvvə döndərə bilməz! Biz hər zaman cənab Ali Baş Komandanın, Ordumuzun yanıdayıq!

Nərman Həmidov

Şəhid, Milli qəhrəman Şükür Həmidovun atası

Bütün xəbərlər Facebook səhifəmizdə