"Azərbaycan-Küveyt münasibətləri müsbət istiqamətdə inkişaf edir" - POLİTOLOQ ŞƏRH ETDİ

"Azərbaycan-Küveyt münasibətləri müsbət istiqamətdə inkişaf edir" - POLİTOLOQ ŞƏRH ETDİ

"Azərbaycan ilə Küveyt arasındakı əlaqələr müsbət istiqamətdə inkişaf edir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, təkcə Küveyt deyil, körfəz ölkələrinin Azərbaycan ilə siyasi, iqtisadi əlaqələri həmişə inkişaf edib: "Bu istiqamətdə hər iki tərəf münasibətləri daim dinamik səviyyədə saxlayıb. Azərbaycan-Küveyt münasibətləri beynəlxalq müstəvidə, həm İslam Əməkdaşlıq çərçivəsində, həm də BMT çərçivəsində hər iki dövlətin maraqları kontekstində davam edir. Azərbaycan ilə Küveyt əlaqələri, həmçinin turizm sahəsində də inkişaf edir. Hesab edirəm ki, təkcə Küveyt yox, həmçinin körfəz ölkələri də Azərbaycan ilə münasibətləri yüksək səviyyədə saxlamalıdır. Küveyt Azərbaycanı beynəlxalq müstəvidə dəstəkləyən ölkədir".

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə