Qubada şəhidin dəfn mərasimi keçirilib FOTOLAR

Qubada şəhidin dəfn mərasimi keçirilib FOTOLAR

13 sentyabr 2022-ci il tarixdə erməni silahlı qüvvələrinin törətdikləri təxribatların qarşısını alarkən şəhid olmuş, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu, Quba rayonunun İsnovqışlaq kəndindən olan Həsənov Ümid İlqar oğlu sentyabrın 14-də İsnovqışlaq kənd qəbiristanlığında torpağa tapşırılıb.

Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri Fidan Hüseynova və təşkilatın əməkdaşlıarı dəfn mərasimində iştirak ediblər.
Təşkilat sədri şəhidin anası və yaxınları ilə görüşüb, bir daha başsağlığı verərək, Şəhidimizə Allahdan rəhmət diləyib. Bütün şəhidlərimiz kimi, onun övladının da xatiəsinin hər zaman əziz tutulacağını və daim qəlblərdə yaşayacağını bildirib. Ölkə başçısı, Ali Baş Komandan Cənab İlham Əliyevin şəhid ailələrinə hər zaman diqqət və qayğı göstərdiyini qeyd edib. Şəhidin anası göstərilən diqqət və qayğıya görə, ölkə başçısına minnətdarlığını bildirib.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə