"Sammit Azərbaycan və digər dövlətlər üçün çox əhəmiyyətli bir tədbirdir" - DEPUTAT ŞƏRH ETDİ
"Səmərqənddə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına üzv olan ölkəkərin sammitində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak edib". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov bildirib.
Onun sözlərinə görə, Azərbaycan bu beynəlxalq təşkilatla çox sıx əməkdaşlıq həyata keçirir: "Qeyd edim ki, Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə təhsis olunub və 8 üzvü və 4 müşahidəçi üzvü var. Eyni zamanda 9 dialoq tərəfdaşı var ki, həmin tərəfdaşlar arasında Azərbaycan da yer alır. Ümumiyyətlə təşkilatın əsas məqsədləri üzv ölkələr arasında qarşılıqlı etimad və qonşuluq münasibətlərinin gücləndirilməsidir. Siyasət, iqtisadiyyat, elm, teknologiya, enerji, turizm, nəqliyyat vəs. sahələrdə effektiv əməkdaşlığın inkişaf etdirilməsidir və bu baxımdan Azərbaycan dövlətinin başçısı İlham Əliyevin bu sammitə dəvət olunması ölkəmizə olan böyük etimadın göstəricisidir. Eyni zamanda ölkə başçısı qeyd edilən sammit çərçivəsində çox vacib ikitərəfli görüşlər də həyata keçirdi. Bilirsiniz ki, həm Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanla, həm də Çinin Prezidenti və Pakistanın baş naziri ilə görüşlər keçirildi. Həmin görüşlərdə də siyasi, iqtisadi və digər mühüm məsələlər qarşılıqlı olaraq müzakirə olundu. Artıq Azərbaycan beynəlxalq aləmdə öz nüfuzunu artırmaqdadır. Ölkə başçısı öz çıxışında Azərbaycanın həm regionda, həm də beynəlxalq təşkilatlarla əməkdaşlıqda nə qədər böyük əhəmiyyətə malik olduğunu vurğuladı. Eyni zamanda Azərbaycanın iqtisadi imkanları haqqında söz açdı və 2020-ci ildə Zəfər qələbəmizdən sonra işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işləri barədə məlumat verdi. Həmçinin Zəngəzur dəhlizi layihəsi də bu sammitə dövlət başçısı tərəfindən xüsusi vurğulandı. Qeyd edilən layihənin regiona, eyni zamanda qonşu dövlətlərə nə qədər böyük iqtisadi səmərə verəcəyi barədə məlumat verdi. Bununla yanaşı son günlər Azərbaycan-Ermənistan sərhədində erməni silahlı qüvvələri tərəfindən törədilmiş hərbi təxribatlar barədə məlumatlar verildi və düşünürəm ki, bu cür həqiqətlərin sammit iştirakçılarının diqqətinə çatdırılması olduqca vacib idi. İstənilən halda bu sammit Azərbaycan və digər dövlətlər üçün çox əhəmiyyətli bir tədbirdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB